Xalq artisti Şamil Süleymanlı kinorejissorlar haqda danışıb. SİA-ya açıqlama verən aktyor hətta onlara məsləhət verməyi də unutmayıb: "Bildiyiniz kimi Azərbaycanda bir çox kinorejissorlar var. Hətta elələri var ki, olduqca məşhurdur. Amma əl işləri təqdirə layiq deyil. Lakin peşəkar rejissor olmaq üçün məşhur olmağa ehtiyyac yoxdur. Əsas odur ki, rejissorun gözəl işləri olsun. Bu gün kino çəkib, səhər təqdim etməsin. İllər öncə yetişərdik, sonra üzə çıxardıq. Amma artıq elə fikirləşmirəm. Çünki kiminsə bacarığı varsa, niyə də vaxt itkisinə yol verməlidir. Əsas odur rejissor peşəsini yerinə yetirə bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB