Müğənni Elnarə Xəlilova saçları ilə bağlı yerli-yersiz danışanlara cavab verib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Xahiş edirəm, saçlarımla bağlı yersiz sözlər deməyin. Nəyə görə, yersiz?! Ona görə ki, bu saçdır və 1 gecəyə uzana bilməz. İmkan verin, saçım uzansın. Hər gün eyni sözü deməyin. Həqiqətən insanın əsəbinə toxunur. Hazırda rəngi və kəsimi budur. Uzandıqca dib boyasını öz saçım rəngdə qoyuram. Çünki belə istəyirəm. Sabah necə istəyəcəm, onu Allah bilir. Ümumiyyətlə, məndən sizə tövsiyyə: Sizə necə rahatdırsa, elə də yaşayın və geyinin. İmkan verin başqaları da rahat yaşasın. Mənə bu gün belə rahatdır və xoşdur. Bunu artıq anlayın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB