Repertuardan kənar hazırlanan tamaşa "Xanışın Toyu"

Repertuardan kənar hazırlanan tamaşa "Xanışın Toyu"

Füzuli Dövlət Dram Teatrında repertuardan kənar hazırlanan Arif Mədətovun "Xanışın toyu" tamaşası ictimaiyyətə təqdim olunub. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Sehran Xanlarov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Əli Hüseynov, Elşən Gözəlov, Məryəm Məmmədova, Fatimə Səfərəliyeva, Aygün Cəfərova və başqaları çıxış edir.

Məlumat üçün bildiririk ki, hal-hazırda teatrda 2016-cı ilin repertuarında olan N.B.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərinin son məşqləri gedir. Həmçinin teatr yeni il münasibətilə "Qış möcüzəsi- 2" adlı şou proqram üzərində işləyir. Proqramda müxtəlif nağıl qəhrəmanları, meşə heyvanlarının yeni il sərgüzəştləri, cizgi film simvolları, Şaxta baba və Qarqızın maraqlı çıxışları gözlənilir. Şou-proqramın işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrə, rayon məktəbəqədər və orta təhsil məktəblərinə nümayiş olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə