Siyəzəndə müstəqilliyimizin 25-ci il dönümü qeyd olundu FOTOLAR
Siyəzən rayon Mədəniyyət Mərkəzində Dövlət Müstəqilliyimizin 25-ci il dönümü ilə əlaqədar dəyirmi masa təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Aqil Əbdulov, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova, müxtəlif idarə və müəssisələrindən nümayəndələr iştirak ediblər.
İlk öncə tədbirdə Azərbaycan Dövlət himni təqdim olunub.
Tədbiri giriş nitqi ilə açıq elan edən Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova dövlət müstəqilliyinin 25-ci il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək xalqımızın dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirib. Daha sonra Siyəzən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zəminə Qədirli çıxış edərək müstəqilliyimizin bərpası üçün keçdiyimiz şərəfli tarixi yol barədə ətraflı çıxış edib, bildirdi ki, 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtması elm sahəsinin müstəqil şəkildə xarici təcrübə mübadiləsində inkişafına səbəb olub. Sonra çıxış edən qonaqlardan rayon İcra Hakimiyyətinin nümayəndəsi Aqil Əbdulov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru İslamova Şəms Azərbaycanın əsrlərlə keçdiyi tarixi yol barədə məlumat verərək ötən əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətindən də danışıblar. Xalqımızın hər zaman tarix boyu mübarizlik nümayiş etdirdiyini, azadlıq uğrunda fədakarcasına vuruşduğunu və müstəqilliyin əzmkarlıq bahasına başa gəldiyini qeyd ediblər.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB