"O və Sumqayıt" layihəsi çərçivəsində Füzuli Hüseynovla görüş FOTOLAR
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə "O və Sumqayıt" layihəsi çərçivəsində Azərbaycan Respublikasının əməkdar artisti Füzuli Hüseynovla Ə.Kərim adına Poeziya Evində tamaşaçıların görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşə Füzuli Hüseynovun sənət dostları: əməkdar artist, sevimli aktrisa Sənubər İsgəndərli və aktyor Məmməd Verdiyev də qatılıblar.
Görüşün təşkilatçısı "O və Sumqayıt" layihəsinin rəhbəri Arif Vəliyev, aparıcısı telejurnalist Nigar İsmayılqızı olub.
Görüşdən əvvəl qonaqlar yeni salınan şəhər bulvarı, Sumqayıt Dövlət Dram Teatrı və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Şəhərdə olan yeniliklər qonaqların böyük marağına səbəb olub.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qonaqları salamlayıb, onlara xoş arzularını çatdırıb. İdarə rəisi son bir ildə şəhərdə aparılan tikinti, abadlıq və quruculuq işləri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sumqayıta olan diqqət və qayğısından danışaraq bildirib ki, biz bu etimadı doğrultmalı, şəhərin mədəni həyatında yüksək səviyyəli tədbirlərlə sözün əsl mənasında bir canlanma yaratmalıyıq. Bu mənada, ölkəmizin tanınmış sənətkarlarının şəhərimizə gəlişi bizim üçün böyük fəxrdir və inanırıq ki, belə görüşlərin sayı daha çox olacaq və sənət adamlarımız Sumqayıtı daha yaxından tanıya biləcəklər.
Görüşdə çıxış edən Əməkdar artist Füzuli Hüseynov ona və qonaqlarına göstərilən xoş münasibətdən razilığını bildirib. O, Sumqayıtda dəfələrlə olduğunu qeyd edərək vurğulayıb ki, "Mən indi tamam başqa bir Sumqayıt gördüm. Şəhər yaxşı mənada çox dəyişib və şəhəri gəzdikcə, daha yaxından tanış olduqca Sənubər xanımla danışırdıq ki, köçüb burada yaşayaq. Həm gözəl, həm çox sakit şəhəriniz var".
Daha sonra aktyor sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalar və yaratdığı obrazlar haqqında danışıb, tamaşaçıların suallını cavablandırıb.
Əməkdar artist, aktrisa Sənubər İsgəndərli və aktyor Məmməd Verdiyev Füzuli Hüseynovla bağlı xatirələrini bölüşüb, onun şəxsi keyfiyyətlərindən, dostluq münasibətlərindən söhbət açıbıar.
Tele jurnalist Nigar İsmayılqızının aparıcılığı ilə səmimi keçən görüşdə aktyorun "Spartak" obrazını canlandırdığı "Təhminə və Zaur" filmindən fraqmentlər nümayiş olunub, S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında klassik musiqi nömrələri səslənib.
Görüşün sonunda gənc rəssam Nəsimi Əliyev Füzuli Hüseynovun canlı performansla çəkdiyi portretini aktyora təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB