Azərbaycan Fotoqraflar Birliyi oktyabr ayı üçün "İşıqlar" mövzusunda fotomüsabiqə elan edib. SİA-nın məlumatına görə, müsabiqədə iştirak etmək istəyənlər fotolarını oktyabrın 30-dək [email protected] ünvanına göndərməlidir.
Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Müsabiqəyə üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirməmək, fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB