Cəlilabad rayonunda mədəniyyət işçiləri arasında növbəti debatlar FOTOLAR
29 sentyabr 2016-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Cəlilabad rayonunda "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun üzvləri arasında növbəti debatlar təşkil olunmuşdur. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan gəncliyi üçün tolerantliq nədir" və "Vətənpərvərlik ruhunun formalaşmasında mədəniyyət amili" panelli debatlarda Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar, Salyan və Neftcala rayonlarıdan olan 100 nəfərdən çox gənc mədəniyyət işçiləri iştirak etmişdir.

Debatlar rejissor Fehruz Şamıyevin, məruzəçi İntiqam Hacılının 2012-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilmiş vətənpərvərlik mövzusunda olan "Yol" qısametrajlı filmin nümayişindən sonra başlamışlar.

Tədbir Cəlilabad rayonunun ictimaiyyət nümayəndələri, o cümlədən, Ombundsmanın Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılovun, rayon İcra Hakimiyyəti nümayəndəsi Loğman Hüseynovun, mədəniyyət və turizm şöbəsinin müdiri Rəşad Salmanovun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin, əməkdaşları: Nurəddin Babayevin, Pərvanə Hüseynovanın və Aygün Balabəyovanın iştirakı ilə keçirilib.

Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət işçiləri arasında debatların keçirilməsinin zəruriliyini qeyd edərək gənclərin fikirlərini sərbəst şəkildə ifadə etməsində, hadisələrə adekvat qiymət vermək bacarığının formalaşmasında, habelə müxtəlif problemlərin həllində və əməkdaşlarda peşəkarlıq keyfiyyətlərinin artmasında açıq müzakirələrin təşkil olunmasının vacibliyini vurğulamışdır.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB