Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası 2016-cı ilin 12-14 oktyabr tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Health&Medical Tourism 2016" sərgisində təmsil olunacaq. SİA-nın məlumatına görə, sərgidə Naftalan Qaşaltı, Çinar Naftalan, Yengicə Termal, Qalaaltı, Duzdağ Naxçıvan sağlamlıq turizmi müəssisələri öz məhsulları ilə iştirak edəcəklər. Sərginin birinci günü "Azərbaycanda müəlicəvi turizm" mövzusunda konfrans, B2B-ikitərəfli görüş təşkil olunması nəzərdə tutulub.
Məqsəd Azərbaycanın müalicə sağlamlıq turizmi imkanlarını daha geniş müstəvidə təbliğ etmək və Azərbaycana gələcək sağlamlıq turizminin inkişafına töhfə verməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB