Ağdam Dövlət Dram Teatrında yeni yaradıcılıq mövsümünün açılışı olub. SİA-nın məlumatına görə, teatr mövsümün ilk günündə öz tamaşaçılarının görüşünə E.Hüseynbəylinin "Qaçaq qocalar" əsərinin tamaşası ilə gəlib.
Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti S.Əliyev, quruluşçu rəssamı E.Balakişiyev, musiqi tərtibatçısı A.Şükürovdur. Rolları teatrın aktyorları N.Əsgəroğlu, S.Quliyev və F.Yusifova ifa ediblər.
Tədbirdə teatrın direktoru M.Hüseynov çıxış edərək yeni mövsümdə hazırlanacaq tamaşalar haqqında məlumat verib. O, həmçinin kollektivə yeni yaradıcılıq ilində uğurlar arzulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB