Xızıda təlimlər təşkil olunub FOTOLAR

Xızıda təlimlər təşkil olunub FOTOLAR

"Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun Xızı, Şabran və Siyəzən rayonlarından olan 30 üzvü "Turizm müəssisələrində mədəni xidmətin təşkili" adlı təlimdə iştirak edib. SİA-nın verdiyi xəbərə görə, bölgələrdə keçirilən növbəti təlim Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin işçi heyətinin iştirakı ilə iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bu dəfə Xızı rayonunda baş tutub.

Xızı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Möhsün Bağırovun iştirakı ilə həyata keçirilən təlimi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Nurəddin Babayev və Fərhad Abdulov, Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən isə Vüsalə Məmmədzadə və Liana Abdullayeva aparıblar.

Tədbir zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətin təşkili aşılanıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib.

Respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər bitdikdən sonra növbəti mərhələdə gənc mədəniyyət işçiləri ilə turizm müəssisələrinin rəhbərləri arasında görüşlərin təşkili nəzərdə tutulub.

Təlimin sonunda iştirakçılar xüsusi sertifikatlarla təltif olmuşlar və Xızı rayonunda yerləşən Azərbaycanın ölməz şairi Mikayıl Müşfiq və şair dramaturq, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının ev-muzeylərini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə