Lənkəranda turistlər üçün konsert

Lənkəranda turistlər üçün konsert

Turizm mövsümü ilə əlaqədar olaraq Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər planına uyğun olaraq rayonun istirahət mərkəzlərində turistlər üçün əyləncəli proqramların, konsertlərin keçirilməsi davam etdirilir. SİA-nın verdiyi xəbərə görə, növbəti konsert istirahət mərkəzində təşkil olunub.

Gecədə mədəniyyət işçiləri Şəms Əbilli, Vüsal Ağayevin ifasında rəngarəng musiqilər səsələnib, mədəniyyət işçisi Cəfər Fətullayevin hazırladığı viktorinalar, musabiqələr tamaşaçılarda xoş əhval-ruhiyyə yaratmış, onların böyük marağına səbəb olub. Konsert mədəniyyət işçilərinin maraqlı musiqi nömrələri ilə davam etdirilmiş, istirahət mərkəzində qonaq olanların alqışları ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə