Siyəzən rayon Mədəniyyət Mərkəzində "Xalçaçılıq sənətini yaşadaq!" adlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə. tədbirdə rayon İcra Hakimiyyətindən, Heydər Əliyev Mərkəzindən, Gənclər və İdman İdarəsindən nümayəndələr və rayonun tanınmış xalçaçıları iştirak edib.
Tədbiri giriş sözü ilə Siyəzən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Z.Qədirli açaraq tədbir iştirakçılarını salamlayıb və 2010-cu ildən UNESCO-nun "Qeyri-maddi mədəni irs" siyahısına daxil olan Azərbaycan xalçalarının qədim dövrdən hal-hazırki dövrə kimi ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sonra rayon İcra Hakimiyyətinin məsul işçisi Aqil Əbdulov, Mədəniyyət Mərkəzinin müdiri Ziyadə Dadaşova öz çıxışlarında indiki dövrdə xalçaçılığın inkişafından və təbliği mərhələlərindən söz açıblar.
Daha sonra isə tanınmış istedadlı xalçaçı, Fəridə MMC-nin rəhbəri Fəridə Mahmudova çıxış edərək xalçaçılıq sahəsində öz fəaliyyətindən, xidmətlərindən danışıb. Tədbir diskussiya şəklində davam edib və mövzu geniş müzakirə olunub.
Tədbirin sonunda Fəridə Mahmudovaya rayonun mədəni və ictimai həyatında fəal iştirak etdiyinə görə rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyi tərəfindən hədiyyə təqdim olunub.
Sonda tədbir iştirakçıları çay süfrəsi ətrafına dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB