M. Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinə yeni direktor təyin olunub. SİA-nın verdiyi xəbərə görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəsinə daxil olan M. Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktor vəzifəsinə Vəliyev Fazil Mütəllim oğlu təyin olunub.
Xatırladaq ki, ilin əvvəlindən başlayaraq İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB