Bu gün Rusiyada yaşayan azərbaycanlı rəssamın fərdi yaradıcılıq sərgisi açılacaq
İyulun 5-dən 9-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi sərgisi açılacaq. Muzey Mərkəzinin məlumatına görə, iyulun 5-də sərginin açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, Bakıdakı Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən B.Salamov 1990-cı ildən Rusiyada yaşayır. B.Salamov 1994-cü ildən müntəzəm olaraq öz fərdi sərgilərini keçirir. Onun yaradıcılığı çoxşaxəli, əsərlərinin mövzuları isə müxtəlifdir. İşlədiyi istənilən janrda (mənzərə, natürmort, süjetli kompozisiya, portret) özünəməxsus tərzi həmişə özünü göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB