Ədilə Hüseynzadəyə həsr olunmuş müsabiqənin yekun konserti FOTOLAR
29 iyun 2016-cı il tarixində Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq, görkəmli Azərbaycan bəstəkarı Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans və onun çərçivəsində fortepiano ansamblı, müşayiət üzrə respublika müsabiqəsinin yekun konserti keçirilmişdir.
Tədbirin əsas məqsədi Ədilə Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi, onun əsərlərinin təbliğ edilməsi, eləcə də uşaq musiqi, incəsənət məktəblərində fortepiano ansamblı, fortepiano müşayiəti fənlərinin tədrisinin inkişaf etdirilməsi, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması, onların dəstəklənməsindən ibarətdir.
Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev qonaqları salamlayaraq qeyd etdi ki, bu müsabiqədə 1000-dən çox iştirakçının olması belə tədbirlərə tələbat və marağın artırılması, uşaq estetik zövgünü formalaşdırılması, mədəniyyətimizin gələcəyini inkişaf və təbliğ etdirilməsi deməkdir.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Ü.Hacıbəyov adına BMA-nın professoru Elnarə Dadaşova, Elmi-Metodiki mərkəzin bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayev çıxış etmişlər.
Qeyd edək ki, müsabiqə iştirakçılarının dinləmələri 6-11 iyun 2016-cı il tarixlərində Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində keçirilmişdir.
Müsabiqə 1 turdan ibarət olub, fortepiano ansamblı üzrə 3 qrup (I qrup: II-IV siniflər, II qrup V-VII siniflər, III qrup VIII-XI siniflər) üzrə, müşayiət üzrə isə 2 qrup (I qrup: V-VII siniflər, II qrup: VIII-XI siniflər üzrə) üzrə şagird çıxış etmişdir.
Müsabiqəyə Respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən fortepiano ansambl nominasiyası üzrə 240, müşayiət nominasiyası üzrə 251 ifa proqramı təqdim olunmuşdur. İfa proqramlarında Azərbaycan bəstəkarlarının, o cümlədən xarici ölkə bəstəkarlarının klassik əsərləri öz əksini tapmışdır. Ümumilikdə müsabiqədə 1000-ə yaxın şagird iştirak etmişdir.
Müsabiqə iştirakçılarının çıxışlarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Tofiq Bədilxanovun sədrliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Afaq Rüstəmova, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Ülviyyə Manafovadan ibarət münsiflər heyəti qiymətləndirdi.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən müsabiqədə uğurlu çıxışlara görə şagirdlərə I, II, III dərəcəli diplomlar, Həvəsləndirici diplomlar, Fəxri Fərman, Tərifnamələr və laureatların müəllimləri üçün Fəxri Fərmanlar təsis olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB