Azərbaycan Dövlət Pantomima Teatrında "Adagio"

Azərbaycan Dövlət Pantomima Teatrında "Adagio"

Azərbaycan Dövlət Pantomima Teatrının kollektivinin 2016-cı il yanvar ayından məşqlərinə başladığı Bəxtiyar Xanızadənin "Adagio" (poetik düşüncə) tamaşasının premyerası təqdim olunacaq. SİA-nın verdiyi xəbərə görə, tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə, Nargilə Qəribova, quruluşçu rəssam Nargilə Qəribova, musiqi tərtibatçısı Nargilə Qəribova, plastik Həll üzrə rejissor - Bəxtiyar Xanızadə, rəqslərin quruluşu - Elnur İsmayılovdur.

Tamaşada rollarda əməkdar artist Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Leyla Atayeva iştirak edirlər.

Yeni tamaşa iyul ayının 10-16-17-də saat 18:00 da teatrın səhnəsində oynanılacaq.

Azərbaycan Dövlət Pantomima Teatrı 2016-cı ilin 17 iyul saat 18:00-da Bəxtiyar Xanızadənin "Adagio" (poetik düşüncə) yeni tamaşası ilə 23-cü teatr mövsümünü bağlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə