“Ələkbər Ağasıyev-Amsterdam” adlı fərdi foto-sərgi təşkil olunacaq

“Ələkbər Ağasıyev-Amsterdam” adlı fərdi foto-sərgi təşkil olunacaq

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, fotoqraf Ağasıyev Ələkbər Fəxrəddin oğlunun fotolarından ibarət "Ələkbər Ağasıyev-Amsterdam" adlı fərdi foto-sərgisi təşkil olunacaq. SİA-nın verdiyi xəbərə görə, təşkil olunmuş sərgidə fotoqraf tamaşaçıları 1987-ci ildə çəkdiyi ecazkar fotoları ilə Avropanın şimalında yerləşən, nağılvari şəhər olan Amsterdama səyahət etdirib. Şəhər sakinlərinin gündəlik həyatını, mədəniyyətini, tarixi və müasir tikililərini fotolarda əbədiləşdirərək tamaşaçıların ixtiyarına verib.

Bütün xəbərlər Facebook səhifəmizdə