Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində "Dəb və İncəsənət" mövzusunda "SS Fashion Room" adlı moda nümayişinin açılış mərasimi keçiriləcək. SİA-nın ADRA-dan bildiriblər ki, iyunun 25-də baş tutacaq layihənin keçirilməsinə məqsədi Azərbaycanda yeni formalaşmaqda olan dəb sərgilərinə yenilik gətirmək və bunu ənənə halına salmaqdır. Tədbirdə ADRA-nın bu sahədə yenicə addım atan tələbələrinin əl işləri nümayiş etdiriləcək.
Nümayiş creativ geyimlərlə yanaşı, "body art" və modellərin fərqli üslubları ilə seçiləcək. Bu cür nümayişlər dünyada artıq dəb halını alsa da, Azərbaycanda ilk dəfə keçirilir.
Tədbirdə 20-dək geyim nümayiş olunacaq. Geyimlər rəssamların əl işləri əsasında hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB