Həmyerlimiz beynəlxalq müsabiqədə birinci yerə layiq görüldü

Həmyerlimiz beynəlxalq müsabiqədə birinci yerə layiq görüldü

Litvanın Kaunas şəhərində "Gradus ad Parnassum" adlı beynəlxalq müsabiqə keçirilib. Müsabiqədə ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə VIII sinif şagirdi Jalə İslamova təmsil edib.

Baş İdarədən SİA-ya bildirilib ki, bir turdan ibarət olan müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Səbinə Mehdiyeva da yer alıb.

J.İslamova müsabiqədə İ.S.Baxın və F.Lisztin əsərlərini məharətlə ifa edərək birinci yerə layiq görülüb və laureat adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə