"Azanfilm" studiyasında gənclərlə görüş keçirilib FOTOLAR

"Azanfilm" studiyasında gənclərlə görüş keçirilib FOTOLAR

"Azanfilm" studiyasında animasiya və modellinq sahəsində fəaliyyətə başlayan gənclərlə görüş keçirilib. "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, Müşfiq Hətəmov studiyanın yeni kadr siyasətinə və bədii islahatlar planına uyğun olaraq, 5 ay ərzində görülmüş işlərdən söz açıb. Bu islahatlar nəticəsində milli animasiya tarixində ilk dəfə olaraq, yeni kadrlarla çoxseriyalı cizgi filmlərinin istehsalının mümkünlüyü vurğulanıb.

Görüşdə elan olunmuş vakansiya müsabiqəsinin fərqlənmiş iştirakçılarından ibarət yeni işçi qrupların yaradılması müzakirə edilib. İki gənc mütəxəssisə yeni layihənin icrası tapşırılıb.

Studiya gənc kadrlarla əməkdaşlıq etmək niyyətini və onlara animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasında dəstək olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə