Xalq artisti: “Seriallarda rol almağı düşünmürəm” AÇIQLAMA

Xalq artisti: “Seriallarda rol almağı düşünmürəm” AÇIQLAMA

"Azərbaycanda keyfiyyətli serial çəkilmədiyi müddətdə, heç bir təklifi qəbul etməyəcəm". Bunu xalq artisti Rasim Balayev SİA-ya açıqlamasında deyib.

Xalq artisti bildirib ki, çoxseriyalı filmlərdə rol almağım üçün təkliflər olsa da, heç birini qəbul etmirəm: "Çünki təklif olunan layihələrin nə ssenarisi, nə də rejissor işi məni qane etmir. Ümumiyyətlə, Azərbaycanda lentə alınan seriallar kinonun tələblərindən kənardır. Yaxşı layihə ərsəyə gətirmək üçün öncə keyfiyyətli əsər üzərində yazılmış ssenariyə ehtiyac var. Çünki hər bir filmin təməlində ideya dayanır. Lakin kinematoqrafiyanın təməl prinsipləri seriallara tədbiq olunmur. 30-a yaxın bölümü çəkilir, ictimai baxışa təqdim edilir. Amma bütün bölümlər sadəcə söhbət xarakterli süjetlərdən ibarətdir. Bu, tamaşaçıya maraqlı deyil. Bütün bu faktları nəzərə alaraq, serial təkliflərini qəbul etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə