Rus Dram Teatrında "Bliss ailəsi" tamaşasının premyerası olacaq. SİA-nın verdiyi xəbərə görə, səhnə əsəri Azərbaycanın əməkdar artisti Rita Əmirbəyovanın yubileyinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Səhnə əsərində əsas rolları xalq artisti Fuad Poladov və əməkdar artist Rita Əmirbəyova, Natəvan Hacıyeva, Oleq Əmirbəyov, Lalə Rüstəmova, Maqsud Məmmədov, Milana Sokolenko, Teymur Rəhimov və Mədinə Mullayeva ifa edəcək.
Qeyd edək ki, komediya özünün və ailəsinin həyatını teatr tamaşasına çevirən keçmiş aktrisanın taleyindən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB