Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) işçi qrupunun 4-cü koordinasiya iclası öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, iclasda üzv ölkələrlə işçi qrupunun gələcək fəaliyyət istiqamətləri, Komitənin layihə maliyyələşdirilməsi mexanizmlərinin funksionallığı və təkmilləşdirilməsi, 2017-2019-cu illərdə turizm və digər sahələr üzrə işçi qrupunun əsas mövzuları və bir sıra digər məsələlər müzakirə olunub.
İclasda 30-a yaxın ölkədən 90-a yaxın nümayəndə iştirak edir. Sözügedən tədbirdə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev tərəfindən təmsil olunur.
Qeyd edək ki, iclasın ikinci günü sentyabr ayında elan ediləcək COMCEC-in layihə dövrünün idarə olunması sistemi çərçivəsində 4-cü layihə çağırışının detallarına dair müvafiq təlim keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB