Musiqili Teatrın balet artisti Beynəlxalq müsabiqədə üçüncü olub FOTOLAR
Azərbaycan Dövlət Musiqili Teatrının balet artisti Cəlalə Novruzlu Beynəlxalq müsabiqədə uğurla çıxış edib. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu SİA-ya bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və Bakı Xareoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən SSRİ xalq artisti Qəmər Almaszadə adına "Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə"də Azərbaycan da daxil olmaqla Rusiya, Ukrayna, Qazaxıstan, Litva və İrandan olan balet ustaları iştirak ediblər. Müsabiqənin münsiflər heyətində Azərbaycan Respublikasının Xalq artisti Rəfiqə Axundova, Rusiya Federasiyasının xalq artisti Dikalu Muzakayev, Azərbaycan Respublikasının Xalq artisti Afaq Məlikova, Litva Respublikasının əməkdar artisti Petras Skirmantas və Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Dilarə Əliyeva təmsil olunublar. Azərbaycan Dövlət Musiqili Teatrının Balet truppasının gənc üzvü Cəlalə Novruzlu uğurla çıxış edərək Qəmər Almaszadə adına "Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə"də ücüncü yeri qazanıb.
.jpg)
(3).jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB