“Muzeylər və multikultural dəyərlər” adlı tədbir keçirilib FOTOLAR
Samux rayon Heydər Əliyev Mərkəzində "Beynəlxalq Muzeylər Günü"nə həsr edilmiş "Açıq Qapı" günləri və "Muzeylər və multikultural dəyərlər" adlı silsilə tədbirlər keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Samux Rayon İcra Hakimiyyəti, Samux Rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə açaraq hər il keçirilən tədbirin məqsədi və "Beynəlxalq Muzeylər Günü" haqqında danışıb, Azərbaycanda da muzeylərin yaranma tarixindən, dünəni və bu günündən ətraflı söz açıb. Eləcə də, ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi "Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar rayon muzeylərində görülən və nəzərdə tutulan işlər barədə söz açıb.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin müavini Kəmalə Xəlilova, Samux Rayon Mədəniyyət və Turizm Şöbəsinin nümayəndəsi Şəhla Abdullayeva, Gəncə Dövlət Universitetinin pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ziyafət Bayramova, rayon ziyalıları, yerli media nümayəndələri, məktəblilər və rayon ictimaiyyətinin fəal üzvləri iştirak ediblər.
Çıxış edən Gəncə Dövlət Universitetinin pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ziyafət Bayramova qeyd edib ki, hazırkı dövrdə dövlət siyasətində prioritet məsələlərindən biri də Azərbaycanda muzey işinin inkişafı və muzeylərin zənginləşməsi, Azərbaycan dəyərlərinin dünyaya tanıtımı olub.
Sonra Samux Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə və digər əməkdaşları Fəxri Fərmanla mükafatlandırılıb.
Tədbirdə müntəzəm olaraq, mərkəzlə əməkdaşlıq edən idarə təşkilatlar və könüllü gənclərə Samux Rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşəkkürnamələr təqdim olunub.
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB