Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində Əbdürəhimbəy Haqverdiyevin "Pəri Cadu" əsərinin premyerası olub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru Dağıstanın əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssam Marina Mahmudova, musiqi tərtibatı Şaik Qardaşovundur.
Səhnə əsərində rolları Lalə Qurbanova (Pəri cadu), Bağır Əhmədov (iblis) və digər aktyorlar ifa edib.
Qeyd edək ki, teatrın kollektivi 1 iyunda Asəf Mehmanın "Sədəf" tamaşası ilə Dağıstan Respublikasının Dərbənd şəhərinə qastrol səfərinə hazırlaşır.
(__________)(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB