Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əsas fəaliyyəti çərçivəsində bədii təhsil müəssisələri haqqında yeni iki metodiki vəsait hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, müəlliflər Natiq Mustafayev, İlhamə Hüseynova və Yeganə Mustafayevanın tərtib etdikləri "Ümumi fortepiano" adlı metodiki vəsaitdən 5-7 illik təhsil üzrə uşaq musiqi və incəsənət məktəbləri üçün proqram kimi istifadə edilməsi tövsiyə olunur.
Səadət Təhmirazqızı və Aygün İsgəndərova tərəfindən hazırlamış "Uşaq musiqi və incəsənət məktəbləri üçün ümumi musiqi ədəbiyyatı fənni üzrə gündəlik dərs planı" metodiki vəsaitindən də həmçinin, 5-7 illik təhsil üzrə uşaq musiqi və incəsənət məktəblərində istifadə olunması məsləhət görülür.
Qeyd edək ki, sözügedən vəsaitlərin rayon (şəhər) uşaq musiqi və incəsənət məktəblərinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB