Pantomim Teatrı beynəlxaq festivalda iştirak edəcək

Pantomim Teatrı beynəlxaq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Pantomim Teatrı Tbilisidə keçiriləcək Beynəlxalq Pantomim Teatrı Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 20-dən 24-dək davam edəcək festival Gürcüstan Dövlət Pantomima Teatrının yaranmasının 50 illiyinə həsr edilib.

Festivalda ölkəmiz xalq artisti Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin "Son ştrix" tamaşası ilə təmsil ediləcək.

Ədəbi əsərdə əməkdar artist Elman Rəfiyev, aktyorlar Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Elnur İsmayılov, Nurlan Rüstəmov və Rafiz Mehdizadə çıxış edəcək.

Festivalda Azərbaycan teatrı ilə yanaşı, Polşa, Yaponiya və Gürcüstan Dövlət Pantomim teatrlarının tamaşaları nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan Pantomim teatrları dünyada dövlət statusuna malik teatrlardır. Bu iki teatrın əməkdaşlığı 1996-cı ildən başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə