“Qaragöz” Kukla Teatrının səhnəsində

“Qaragöz” Kukla Teatrının səhnəsində

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca tamaşaçılarını daha bir səhnə sürprizi ilə sevindirəcək. SİA-nın verdiyi xəbərə görə, 19 may saat 14:00-da Türkiyənin teatr təmsilçilərinin iştirakı ilə teatrın səhnəsində qədim türk kölgə oyunu "Qaragöz" tamaşası nümayiş olunacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü və Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə baş tutacaq səhnə əsərini Bakıdakı bir neçə internat və uşaq evlərinin balaca teatrsevərləri izləyəcəklər.

Qeyd edək ki, təxminən 7 əsr bundan əvvəl Türkiyədə məscid inşa edən iki ustanın - Qaragöz və Hacıvartın həyatından bəhs edən "Qaragöz" tamaşası Azərbaycanda bundan əvvəl də nümayiş etdirilib və tamaşaçıların rəğbətini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə