"Sədəf" ansamblının konserti keçirilib FOTOLAR

"Sədəf" ansamblının konserti keçirilib FOTOLAR

Rəşid Behbudov adına Mahnı teatrının səhnəsində "Sədəf" xalq çalğı alətləri ansamblının konserti keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, konsertdə V Muğam müsabiqəsinin qalibi Sədəf Buqadovanın, həmçinin, Xəlili Ayxan, Ağayev Kənan, Abdullazadə İsanın ifasında milli musiqimizin, muğamın zəngin nümunələri təqdim olunub.

Konsertdə həmçinin, "Şalaxo" və "Tərəkəmə" rəqsləri instrumental və vokal intrumental ifalarda səsləndirilib.

Sonda səsləndirilən "Qarabağ şikəstəsi" isə gur alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə