Sankt-Peterburqun tanınmış dirijoru Svyatoslav Lüter şəxsi mənzilində ölü tapılıb. SİA-nın TACC-a istinadən verdiyi xəbərə görə, 45 yaşlı musiqiçi ilə bir müddətdir əlaqə yarada bilməyən qohumları narahat olub polisə müraciət ediblər. Onlar bildiriblər ki, 13 may tarixində Svyatoslav öz qızını anasının evinə gətirib. Həmin gündən sonra onu görən olmayıb.
İlkin ehtimala görə, mənzilində asılan sənətçinin intihar etdiyi güman olunur.
Qeyd edək ki, Svyatoslav Lüter Sankt-Peterburqda musiqişi ailəsində anadan olub. Rimskiy-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasını bitirib. O, 1998-ci ildən etibarən, Dövlət Simfonik Orkestrinin dirijoru çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB