Mingəçevirdə Ulu Öndərin doğum günü qeyd olunub FOTOLAR

Mingəçevirdə Ulu Öndərin doğum günü qeyd olunub FOTOLAR

Mingəçevir Turizm Kollecinində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə "Ulu öndər Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında xidmətləri əvəzsizdir" adlı elmi-nəzəri konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, öncə Azərbaycan dövlətçiliyi naminə fədakar ömür yaşamış Ulu Öndər Heydər Əliyev başda olmaqla, bu dövlətin amalları uğrunda canını fəda etmiş Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov bildirib ki, Ümummilli Lider bizlərə azad, sabit, güclü və daim inkişafa meylli olan bir dövlət əmanət edib: "Biz hər sahədə bacardığımızı və üzərimizə düşənləri layiqincə icra etməklə, dövlətimizə, xalqımıza, Heydər Əliyev ənənələrinə sədaqətimizi əməli fəaliyyətimizlə sübut etmiş olarıq. Heydər Əliyev özündən sonra xalqını güclü bir liderin-prezident İlham Əliyevin rəhbərliyinə etibar etməklə çox böyük tarixi xidmətlərindən birini gerçəkləşdirmiş oldu".

Daha sonra konfransda pedaqoqlar Çingiz Nəbiyev, İradə Cəfərova,Ceyhun Abdullayev və Aynurə Abbasova müvafiq olaraq, "Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan uğurla inkişaf edir", "Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi qorunub saxlanılır", "Ulu öndər Heydər Əliyevin diplomatiya məktəbinin beynəlxalq münasibətlər sistemində yeri" və "Heydər Əliyevin dövlətçilik siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir" mövzularında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə