Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Annemin yarası", Azərbaycanfilmin çəkdiyi "İçəri şəhər" filmlərinin və 3 d formatda çəkilmiş "Retçet və Klank: qalaktika döyüşçüləri" animasiya filminin nümayişi başlanıb. SİA-nın verdiyi xəbərə görə, AF Mediya–Azərbaycan şirkətinin təqdim etdiyi "Annemin yarası" filmini rejissor Ozan Açıktan dram janrında çəkib. Yaş həddi: 14+
On səkkiz yaşına çatan Salih uşaq evini tərk edərək ailəsini tapmaq istəyir. Bir ciflikdə işə başlayan gənc gözləmədiyi halda özünü xəyal etdiyi ailənin içində tapır. Ortaya həyəcanını artıran daha yeni sirlər çıxır. Salih keçmişindən qurtulub bu yuvada xoşbəxt ola biləcəkmi?
Filmdə baş rolları Ozan Güven, Meryem Uzerli, Belçim Bilgin, Okan Yalabık ve Bora Akkaş ifa ediblər.
Rejissor İlqar Safatın psixoloji dram janrında çəkdiyi "İçəri şəhər" filmi gənc qızın Qarabağ müharibəsi veteranı ilə sevgisindən bəhs edir.
Filmin quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Rollarda aktyorlar Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Təhminə Rafaella, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov və Murad Məmmədov çəkiliblər.
Honkonq, Kanada və ABŞ istehsalı olan 3 d formatda çəkilmiş "Retçet və Klank: qalaktika döyüşçüləri" animasiya filmini T.C. Fiksmanın ssenarisi əsasında rejissor Kevin Manro komediya, fantastika, döyüş və məcara janrında çəkib. Yaş həddi: 6 +
Çevik uzunqulaq Retçet çoxdandı ki, Qalaktikanın kosmik döyüşçülərinə qoşulmaq arzusundadır. Amma özündən razı superqəhrəman kapitan Kvark onu öz komandasına qəbul etmək istəmir. Lakin robot Klankın gətirdiyi bəd xəbər nəticəsində qalaktikanın xilası missiyası məhz Retçetin çiyinlərinə düşür. Dəmir robot Klank isə onun sadiq tərəfdaşı və köməkçisinə çevrilir.
Baş rollarda Ceyms Arnold Teylor, Devid Key, Cim Uord, Rozario Douson, Pol Camatti, Con Qudman, Mark Qraye, Alessandro Culiani, Armin Şimerman, Silvestr Stallonedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB