Xalq artistinin 155 illik yubileyi qeyd olunub FOTOLAR

Xalq artistinin 155 illik yubileyi qeyd olunub FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində xalq artisti, bəstəkar, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, öncə xanəndənin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən məktəbin nəzəriyyə şöbəsinin müəllimi Ülviyyə Şahbalayeva təhsil ocağında muğam sinfinin yaranmasının 30 illiyinin tamam olması barədə məlumat verib. O, məktəbin müəllimi Sabir Abdullayevin muğam sinfinin formalaşmasında xüsusi rola malik olduğunu bildirib. Bu münasibətlə S.Abdullayev məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.

Yubiley mərasimi muğam sinfinin şagirdlərinin ifasında "Arazbarı" ritmik muğamı, "Qarabağ" şikəstəsi və rəngarən xalq mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə