Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi Türkiyəyə qastrol səfərinə yola düşüb. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, artıq 9-cu səfər kimi reallaşan bu qastrola teatrın direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov rəhbərlik edir.
Konya şəhərində gerçəkləşəcək " Min nəfəs, bir səs " adlı "Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalı"nda Turqay Narın "Şəhrizadın oyunu" mistik-psixoloji dramı nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Pyesdə əsas rolları əməkdar mədəniyyət işçisi Yusif Cəfərov, Sevda Orucova, əməkdar artistlər Salamulla İsmayılov, Novruz Cəfərov və digərləri ifa edirlər.
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımovun verdiyi xəbərə görə, yaradıcı kollektiv həmçinin, Gerasunda da tamaşaçılar qarşısında çıxış edəcək.
Qeyd edək ki,səfər mayın 5-nə kimi davam edəcək.



.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB