Muzeylərdə “Açıq qapı” günü elan olundu FOTOLAR

18 aprel – "Beynəlxalq Abidələr və Tarixi Yerlər" günü münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə "açıq qapı" günü elan olunub.

İdarədən SİA-ya verilən xəbərə görə, gün ərzində Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə "Qala" qoruğu ərazisində fəaliyyət göstərən "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq Əşyalar Muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...