7-ci Qlobal Forumun proqramı təsdiqlənib

Məlum olduğu kimi, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir çərçivəsində BMT SA Gənclər tədbiri; Biznes Simpozium; Nifrət Nitqinə "Yox" Hərəkatı (#SpreadNoHate): Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi; Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər; Vətəndaş cəmiyyəti və biznes: Sülh, Təhlükəsizlik və Davamlı inkişaf naminə birgə fəaliyyət; Qlobal vətəndaşlıq təhsili; Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri; Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri; Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu; Davamlı və İnklüziv inkişaf naminə idman; Qlobal miqrasiya prosesində şəhərlərin rolu; Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması;, Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu; Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu; Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi; Təhsil vasitəsi ilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil; Bakı prosesi: Qlobal Mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması; Media peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr; Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi və digər mövzularda seminarlar keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...