Teatrdan milli geyimlərimizin təbliğində örnək addım FOTOLAR

Bakı Uşaq Teatrı hər ayın bir gününü "Milli geyim" günü kimi qeyd etmək qərarına gəlib. SİA-nın verdiyi xəbərə görə, "Canlı abidələr" adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün - xüsusilə, əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abidələri ziyarət etməyi qərarlaşdırıblar.

Layihə çərçivəsində ilk tədbirin 18 apreldə keçirilməsi planlaşdırılır. Həmin gün həm də "Beynəlxalq Abidələr və Tarixi Yerlər" günü kimi qeyd olunur.

Bakı Uşaq Teatrının əsasən, gənclərdən ibarət olan yaradıcı heyəti həmin gün Dənizkənarı Bulvar və İçərişəhər ərazisində yürüş edərək, şəhər əhalisi ilə ünsiyyətdə olaraq, milli geyimlərimizi nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır. Çünki milli geyimlər də tarixi abidələr qədər əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malik ola bilər.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...