Uşaqların əl işlərindən ibarət sərgi açılacaq

Uşaqların əl işlərindən ibarət sərgi açılacaq

Azərbaycan Rəssamlar İttifaqının və Bakı Rəsm Qalereyasının təşkilatçılığı ilə uşaqların əl işlərindən ibarət təsviri sənət sərgisi nümayiş olunacaq.

Qalereyadan SİA-ya verilən xəbərə görə, aprelin 15-də baş tutacaq sərgidə 80-dək uşağın sulu boya ilə çəkilmiş, dekorativ-tətbiqi sənət, qrafika janrlarında işləri nümayiş olunacaq. Rəsmlərdə vətənpərvərlik, tarixi abidələr, İçərişəhər, o cümlədən, sərbəst mövzular təsvir olunub.

Qeyd edək ki, sonda sərgidə iştirak edən uşaqlara hədiyyə və sertifikatlar təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə