“Vətənin şərəf simvolu-Azərbaycan Ordusu” FOTOLAR

“Vətənin şərəf simvolu-Azərbaycan Ordusu” FOTOLAR

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində "Vətənin şərəf simvolu-Azərbaycan Ordusu" mövzusunda tədbir təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları-əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, polkovnik Nazim Əhmədov, Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Mərkəzin direktoru Ramazan Şabanov ölkəmizdə baş verən hadisələrə münasibət bildirib və cəbhədə vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abdulla Qurbani hal-hazırda yaşanan vəziyyətin insanlara bəxş etdiyi vətənpərvərlik duyğusu və cəbhədəki vəziyyət haqqında tədbir iştirakçılarına məlumat verib: "Şəhid Allah qatında müqəddəs sayılan varlıqdır. Bu gün Azərbaycan səmaları şəhid ruhları ilə qorunur. Aprel ayının əvvələrində Azərbaycan oğullarının işğal altında olan torpaqlarımızın düşmən tapdağından xilas edilməsi yolunda etdikləri azadlıq mübarizəsində oğullarımız gənc yaşlarında Vətən uğrunda şəhid olublar" sözləri ilə ölkəmizdə vətənpərvərliyin geniş vüsət aldığını xüsusilə vurğulayıb.

Polkovnik Qurbani çıxışının sonunda xalqı orduya dəstək olmağa səsləyib.

Qeyd edək ki, tədbirdə Mərkəzin ərazisində məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə