251 sm boyu ilə "Ginnesin Rekordlar Kitabı"na adını yazdıran türkiyəli Sultan Kösen Hollivudda filmə çəkiləcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, çəkilişlər üçün Amerikaya getməyə hazırlaşır. Sultan Kösen hələ 2 il öncə Hollivudun ssenaristləri və rejissorları tərəfindən film təklifi alıb.
O, ssenarini oxuduqdan sonra təklifi qəbul edib. "Qeyri-mümkünü bacarmaq" mövzusu üzərində qurulan filmin çəkilişləri iki ay davam edəcək.
Qeyd edək ki, bu layihədən sonra Kösem daha bir film təklifini dəyərləndirmək məqsədilə, Avstraliyaya gedəcək.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə