Həmvətənimizdən sevindirici xəbər FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin X sinif şagirdi Elyar Əliyev Rusiyanın Saratov şəhərində "Yeni Nəsil" Uşaq və gənclərin yaradıcılığına dəstək Fondunun keçirdiyi VI Beynəlxalq müsabiqə-festivalında iştirak edib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqədə MDB ökələri ilə yanaşı, Bolqarıstan, Macarıstan, Çexiya, Latviya və digər ölkələrin gənc vokalçıları yarışıb.

Elyar Əliyev müsabiqənin birinci günü A.S.Darqomıjskinin "Mne qrustno" və italyan mahnısı "Tornato Sorento", ikinci günü isə italyan mahnısı ilə yanaşı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Süleymanın ariyasını ifa edib. Dahi Üzeyir bəyin ölməz əsərinin musiqi parçası tamaşaçıların və münsiflər heyətinin alqışları ilə qarşılanıb.

Müsabiqə-festivalın mükafat təqdimatı mərasimində o, II dərəcəli diploma layiq görülüb. Həmçinin, münsiflərin qərarına əsasən, məktəbin direktoru Yusif Vəliyevə Təşəkkür məktubu ünvanlanıb.

Qeyd edək ki, Elyar Əliyevin müəllimi İlham Nəzərovdur.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...