ATMU-da marketinqlə bağlı tədbir keçirilib FOTOLAR

ATMU-da marketinqlə bağlı tədbir keçirilib FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin "Biznes idarəçiliyi" fakültəsi "Marketinq" kafedrasının təşkil etdiyi "Yeni iqtisadi sistem, yeni marketinq konsepsiyasi-Rəqəmsal Marketinq" adlı təlimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirə tələbələrin praktik bilgilərinin artırılması məqsədilə tanınmış brend sayılan "Çinici" şirkətinin marketoloqu ve PR meneceri Pərvanə Fikrətli təlimçi olaraq dəvət olunub.

Təlimdə Marketinq kafedrasının müdiri Anar Eminov, "Biznes İdarəçiliyi" fakültəsinin dekan müavinin Anar Mirzəyev, kafedranın əməkdaşları Aytən Məmmədova, Elmira Hacıyeva, Elməddin Hacıyev, Menecment kafedrasından Vidadi Baxışov və tələbələr iştirak edib. Təlimçi Pərvanə Fikrətli "Dijital marketinq və Sosial marketinq"in Azərbaycanda mövcud vəziyyətindən və əhəmiyyətindən danışıb, həmçinin, mövzu ilə əlaqədar qabaqcıl şirkətlərin iş prinsipindən nümunələr təqdim edib.

Sonda təlimdə fərqlənən tələbələrə "Biznes idarəçiliyi" fakültəsinin dekan müavini Anar Mirzəyev tərəfindən sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə