Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində yenilik

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin turism.informasiya@mail.ru rəsmi elektron poçt ünvanı yenilənib. SİA-nın verdiyi xəbərə görə, bBu gündən etibarən şəbəkəyə daxil olan müəssisə və digər təşkilatlardan idarəyə gələn və idarədən yayımlanan bütün məktub, məlumat və xəbərlər info@bmt.az mail ünvanından həyata keçiriləcək.

Həmçinin, idarədaxili vahid sistemdə şəxsi e-mail ünvanlar yaradılıb ki, bu da həm şəbəkə daxili əlaqələr, həmdə vətəndaşların struktur rəhbərləri ilə birbaşa təmas qurması üçün daha geniş imkanlar yaradır.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bu addımı yeni texnologiyalar və elektron resursları vasitələrindən istifadənin təkmilləşdirilməsi isiqamətində atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə