Həmyerlimizin Ukraynada “Qütb gecəsi” adlı kitabı nəşr olunub

Həmyerlimizin Ukraynada “Qütb gecəsi” adlı kitabı nəşr olunub

Kiyevdəki "Zadruqa" nəşriyyatı tərəfindən yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının Ukraynada "Qütb gecəsi" adlı kitabı nəşr olunub. SİA-nın verdiyi xəbərə görə, kitabda müəllifin müxtəlif dövrlərdə qələmə aldığı hekayələri yer alıb. "Qütb gecəsi"nə daxil edilən yazıların bir qismi əvvəllər Ukraynanın müxtəlif mətbuat orqanlarında dərc edilib, digər qismi isə ilk dəfədir oxuculara təqdim olunur.

Hekayələri Azərbaycan türkcəsindən Ukrayna dilinə Zaporojye Milli Universitetinin müəllimi, fəlsəfə doktoru Nina Belokopıtova çevirib.

Qeyd edək ki, kitaba daxil edilmiş "Ağ yol", "Xiffət", "Yarpaqsız budaqların yaşıl nəğməsi", "Dərviş", "Mağara", "Nəvai-Qumru", "Qütb gecəsi", "Vətən", "Ada", "İlğım" və digər hekayələr özünəməxsus dil və üslub xüsusiyyətləri ilə fərqlənir. Hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənməsi, cəmiyyətə hakim olan insanın özgələşmə, yaddaşsızlaşma, gərəksizləşmə probleminə etiraz motivləri ilə seçilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə