Azərbaycan Milli Konservatoriyasında tanınmış musiqiçi Fərəməz Gərmrudinin 60 illik yubileyi ilə bağlı konsert keçirilib. SİA-nın verdiyi xəbərə görə, yubiley gecəsində sənətkar haqqında geniş məlumat verilib.
Bildirilib ki, İranda yaşayan F.Gərmrudi dünyanın müxtəlif ölkələrində, həmçinin, Azərbaycanda musiqi proqramları ilə çıxış edib. Onun bəstələdiyi bir çox mahnılar musiqi xəzinəmizi daha da zənginləşdirib. O, musiqi əsərləri bəstələməklə, oxumaqla yanaşı, həmçinin, mahir ud ifaçısı kimi də şöhrət qazanıb.
Sonra Milli Konservatoriyada "Könül" xalq çalğı alətləri ansamblının ifasında musiqi proqramı təqdim olunub. Konsertdə F.Gərmrudinin ifasında bir sıra musiqi nümunələri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB