Ölkəmiz “Ural mono” müsabiqə-festivalında təmsil olunacaq FOTOLAR

Ölkəmiz “Ural mono” müsabiqə-festivalında təmsil olunacaq FOTOLAR

Başqırdıstan Respublikasının Xalq Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə mayın 17-dan 19-dək Ufa şəhərində "Ural mono" türk gəncliyin müsabiqə-festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, sözügedən festivalda ölkəmizi Prezident təqaüdçüləri Mədinə Şahgəldiyeva (kamança), Aygül Həsənova (kanon) və konsertmeyster qismində, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Sevinc Kərimova təmsil edəcək.

Qeyd edək ki, nazirliyin dəstəyi ilə festivala qatılacaq musiqiçilərimiz bir sıra müsabiqələrin iştirakçısı olub və müxtəlif dərəcəli diplomlar qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə