İdarə əməkdaşlarına töhmət verilib

İdarə əməkdaşlarına töhmət verilib

Mədəniyyət və Turizm İdarəsinin bir neçə əməkdaşına töhmət verilib. SİA-nın verdiyi xəbərə görə, ilin əvvəlindən başlayaraq, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar aparılıb. yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru Əhmədov İkram Gülağa oğluna yazılı xəbərdarlıq elan edilib.

Qeyd edək ki, Suraxanı rayonu S.Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru Ramazanova Leyla Nürəddin qızına, Suraxanı rayonu Hövsan Mədəniyyət Sarayının direktoru Rəhimov Vasif Aydın oğluna və Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Rzayev Məmməd Rza oğluna da töhmət verilib

Bütün xəbərlər Facebook səhifəmizdə