Vəli Məmmədovun 85 illiyi qeyd olunacaq

Vəli Məmmədovun 85 illiyi qeyd olunacaq

Görkəmli ədəbiyyatşünas alim və dövlət xadimi Vəli Məmmədovun anadan olmasının 85 illiyinə həsr edilmiş anma tədbiri baş tutacaq.

Ev muzeyindən SİA-ya verilən xəbərə görə, fevralın 20-də N.Nərimanovun ev muzeyində keçiriləcək tədbirdə elm, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

V.Məmmədov şərəfli həyat yolu keçib, elmin və ictimaiyyətin fəallarından olub. O, istər, arxivlərdən, dövri mətbuatdan, istərsə də ayrı-ayrı adamlardan N.Nərimanovun həyatı və irsinə dair zəngin materiallar toplayaraq "Nəriman Nərimanov" monoqrafiyasını yazıb. Həmçinin, "Azərbaycan ədəbiyyatı tarixi"nin (üç cilddə) ikinci cildinin yazılması və hazırlanmasında fəal iştirak edib.

Qeyd edək ki, V. Məmmədov 1991-ci il noyabrın 20-də erməni terrorizminin qurbanı olub, vertolyot qəzasında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə