Beynəlxalq Multikulturalizm Qış Məktəbinin açılış mərasimi keçirilir YENİLƏNİR
Bakı Beynəlxalq Muktikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin rəsmi açılış mərasimi keçirilir. SİA-nın verdiyi xəbərə görə, mərasimi Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev açaraq qış məktəbinin iştirakçılarını və qonaqları salamladı.
Daha sonra 2015-ci ildə Azərbaycanda təşkil edilən Beynəlxalq Multikulturalizm yay məktəbinin iştirakçıları öz xatirələrini və təəssüratlarını bölüşdülər. Açılış mərasimindən sonra qış məktəbinin tələbələri BSU-nun muzeyi və "Azərbaycan multikulturalizmi" kafedrası ilə tanış olacaqlar. Onlara muzeyin və kafedranın yaradılması və fəaliyyəti ilə bağlı ətraflı məlumat veriləcək. Sonra tələbələr BSU-nun müxtəlif ölkələrin mədəniyyətlərini və dilini təqdim edən mərkəzlərlə tanış olacaqlar. Günün ikinci yarısında iştirakçıların Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görüşü təşkil ediləcək. Qış məktəbinin tədris hissəsindən sonra tələbələrin şəhər gəzintisi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB